NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

İsrail Müdafiə Ordusunun Milli Təhlükəsizlik Kollecinin nümayəndələri Bakıda səfərdədir

...

İsrail Müdafiə Ordusunun Milli Təhlükəsizlik Kollecinin nümayəndələri Azərbaycanda səfərdədir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, səfər İsrail və Azərbaycan arasında getdikcə inkişaf edən tərəfdaşlıq üçün daha bir əlamətdar hadisədir.

"Ölkələr arasında əlaqələr bütün sahələrdə güclənməkdə davam edir. Kollec nümayəndələrinin Bakıya səfəri bilik mübadiləsinə artan marağı nümayiş etdirir", - diplomatik nümayəndəlik İsrail səfiri Corc Dikin sözlərini sitat gətirib.

Həmçinin qeyd olunub ki, qonaqlar regiondakı geosiyasi vəziyyət və Azərbaycanın Cənubi Qafqazda mühüm rolu ilə tanış olublar. Məlumata görə, general Nimrod Aloninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdakı Şəhidlər xiyabanını da ziyarət edib.

Nəşr edilib : 14.02.2025 12:33