Milli Məclisin sədri Latviya Prezidenti ilə görüşü...
18:56 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Babək rayonunun Nehrəm qəsəbəsində “İş yerlərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması üzrə maarifləndirmə işinin aparılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyyə İbrahimova açılış nitqi ilə çıxış edərək bildirmişdir ki, iş mühitində bərabərlik və ədalət prinsiplərinin qorunması müasir təşkilatların əsas dəyərlərindən biridir. Cinsi mənsubiyyətə görə ayrı-seçkilik isə bu prinsiplərə zidd olmaqla yanaşı, əmək münasibətlərində sağlam mühitin formalaşmasına maneə yaradır. Maarifləndirmə tədbirləri, etik davranış qaydaları və ədalətli yanaşma bu kimi halların qarşısının alınmasında mühüm rol oynayır. Bərabər və hörmətə əsaslanan iş mühiti həm əməkdaşların motivasiyasını artırır, həm də təşkilatın ümumi səmərəliliyinə müsbət təsir göstərir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva çıxış edərək qeyd edib ki, iş yerlərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması yalnız hüquqi deyil, eyni zamanda etik və peşəkar davranış məsələsidir.
Ayrı-seçkiliyin olmadığı mühitdə əməkdaşlar öz potensiallarını daha rahat şəkildə nümayiş etdirə bilir, qarşılıqlı hörmət və əməkdaşlıq güclənir. Bu isə təşkilat daxilində sağlam psixoloji iqlimin formalaşmasına şərait yaradır.
Müntəzəm maarifləndirmə, daxili qaydaların düzgün tətbiqi və bərabərlik prinsipinin təşviqi bu istiqamətdə əsas addımlardandır. Hər bir əməkdaşın hüquqlarına hörmətlə yanaşılması iş mühitində sabitliyin və məhsuldarlığın təminatıdır.
Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı broşürlər paylanılıb.
Digər xəbərlər