NAXÇIVAN :

03 May 2026, Bazar

İqtisadiyyat Nazirliyində Ümummilli Liderin anım gününə həsr olunmuş tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev: sabitliyin və irəliləyişin memarı” mövzusunda tədbir keçirilib.

 İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində oynadığı əvəzsiz rolunu xüsusi vurğulayıb. Nazir qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin siyasi uzaqgörənliyi, strateji düşüncəsi və ölkənin iqtisadi-mədəni inkişafını öncədən planlama qabiliyyəti Azərbaycan üçün uzunmüddətli sabitliyin təməlini qoyub. Onun həyata keçirdiyi mühüm islahatlar və qəbul etdiyi strateji qərarlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsas dayaq nöqtəsi olaraq çıxış edir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında Ümummilli Lider Heydər Əliyevin milli dövlət quruculuğundakı tarixi xidmətlərindən danışıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və  fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Nəşr edilib : 12.12.2025 18:09