Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
23 aprel 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin əməkdaşı Aysel Əliyeva giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov çıxış edərək internetdən istifadə zamanı diqqət yetirilməsi vacib olan məqamlara toxunub. Bildirib ki, internet biliklərin artırılması, təhsil imkanlarının genişləndirilməsi və ünsiyyətin qurulması baxımından mühüm vasitədir. Qeyd edib ki, düzgün istifadə olunmadıqda ailə dəyərlərinə və ictimai münasibətlərə mənfi təsir göstərə bilər.
O həmçinin vurğulayıb ki, bu sahədə cəmiyyətin maarifləndirilməsi, sağlam istifadə vərdişlərinin formalaşdırılması və valideynlərin məsuliyyətli mövqeyi xüsusi önəm daşıyır.
Komitədə istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Sosial iş ixtisası üzrə IV kurs tələbələri Aidə Talıbova və Nurcan Əliyeva “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda təqdimatla çıxış ediblər.
Tədbir diskussiya şəklində davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Sonda mövzu ilə əlaqədar broşürlər paylanılıb və posterlər elan lövhələrinə yerləşdirilib.
Digər xəbərlər