Romada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində k...
22:32 29.04.2026
0
0
0
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda maarifləndirici təlim keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafail Əhmədov təlimi giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq Problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək internetdən istifadə zamanı diqqət yetirilməsi vacib olan məqamlara toxunub və bildirib ki, internet biliklərinin artırılması, təhsil imkanlarının genişləndirilməsi və ünsiyyətin qurulması baxımından mühüm vasitədir.
M.Bağırova qeyd edib ki, düzgün istifadə olunmadıqda internet uşaqların psixoloji inkişafına, ailə dəyərlərinə və ictimai münasibətlərə mənfi təsir göstərə bilər. O həmçinin vurğulayıb ki, bu sahədə cəmiyyətin maarifləndirilməsi, sağlam istifadə vərdişlərinin formalaşdırılması və valideynlərin məsuliyyətli mövqeyi xüsusi önəm daşıyır.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək uşaqların təhsil hüquqlarından və bu sahədə yaradılan şəraitdən bəhs edib. C.Məmmədova bu səpkidə keçirilən təlimlərin uşaqların maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Təlim diskussiya şəklində davam edib və iştirakçıların sualları cavablandırılıb.
Digər xəbərlər