NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

İki mindən çox müəllim sertifikasiyanın müsahibə mərhələsindən keçib

...

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 23-24 sentyabrda təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən 2 370 təhsilverən uğur qazanıb, 2 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.

Nəşr edilib : 25.09.2024 15:01