Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
Bakı şəhərində yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. 6 gün davam edən yarışda müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb.
Birincilikdə Naxçıvan Muxtar Respublikası 10 idmançı, 2 məşqçi və 1 hakimlə təmsil olunub. Naxçıvan yığması 2 qızıl medal sayı ilə turniri komanda hesabında üçüncü yerdə tamamalayıb.
Təmsilçilərimizdən Haxverdi Həsənov (63 kq) və Turqay Abbasov (75 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Qeyd edək ki, yarışın mükafatçıları yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Digər xəbərlər