NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

III Beynəlxalq Statistika Forumunun iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

...

Bu gün Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda IIIBeynəlxalq Statistika Forumunun iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

"Şərq qapısı" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Nəşr edilib : 24.09.2025 15:40