NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

İğdırda Xocalı soyqırımı mövzusunda konfrans keçiriləcək

...

Fevralın 26-da Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı mövzusunda konfrans keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi qanlı cinayətlərin 34-cü ildönümü ilə bağlı müzakirələr İğdır Universitetinin Karaağac kampusunda təşkil ediləcək.

Konfrans iştirakçıları qarşısında İğdır Universitetinin dosenti Suna Altan, Qafqaz Universitetinin (Qars) professoru Elnur Həsən Mikayıl və Qafqaz Universitetinin professoru Yaşar Köp çıxış edəcəklər.

İğdırdakı Azərbaycan Evi tədbirə təşkilati dəstək verəcək.

Nəşr edilib : 16.02.2026 15:05