NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

İğdırda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası göstəriləcək

...

Çərşənbə axşamı, sentyabrın 16-da Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının nümayişi olacaq.
“Şərq qapısı” xəbər verir ki, Azərbaycan klassik musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş mədəniyyət layihəsinə Azərbaycanın Qarsdakı baş konsulluğu və Türkiyə-Azərbaycan Cəmiyyətinin İğdırdakı nümayəndələri dəstək verir.
Həmişəyaşar musiqili komediyanın nümayişi İğdırdakı Cümhuriyyətin 100 illiyi adına Xalq Kitabxanasının binasında baş tutacaq.
“Azərbaycan kinematoqrafiyası axşamı”nın təşkilatçıları qardaş ölkədə Azərbaycanın mədəni irsinin təbliğinə yönəlmiş layihələri davam etdirməyə hazır olduqlarını bildiriblər.

Nəşr edilib : 13.09.2025 21:19