NAXÇIVAN :

20 Aprel 2025, Bazar

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyinin dayanıqlığını təmin edəcək

...

"İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Naxçıvanın bir mənbədən olan enerji asılığını aradan qaldıracaq və eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyinin dayanıqlığını təmin edəcək. Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası əlverişli coğrafi məkanda yerləşir. Yeni layihənin reallaşması ilə bundan sonra da Naxçıvan Muxtar respublikası beynəlxalq əhəmiyyətli logistik mərkəzə çevriləcək".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında iqtisadçı İbrahim Hənifəzadə deyib.
 O qeyd edib ki, hazırda ölkəmiz nəinki Cənubi Qafqazda, o cümlədən dünyada özünün hərtərəfli iqtisadi inkişaf parametrlərinə görə lider mövqedədir. Makroiqtisadi sabitliyin əsas göstəricisi olan ümumidaxili məhsulun hər il artan templə müşahidə olunması, ölkə iqtisadiyyatının sürətli iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Ölkəmiz dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısı ölkələrindən birinə çevrilib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin bilavasitə hazırda fəaliyyət göstərməsi ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində gücünü artırır və əlavə dividentlər gətirir.
"Ötən əsrin 90-cı illərin əvvəllərində məlum hadisələr səbəbindən Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayıb. Hazırda muxtar respublikanın bilavasitə enerji təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımlar atılıb. Belə bir layihənin reallaşması bu gün nəinki Sədərək rayonu, eyni zamanda Naxçıvan Muxtar Respublikası üçün çox mühüm iqtisadi hadisələrdən biridir", – deyə iqtisadçı İbrahim Hənifəzadə əlavə edib.

Nəşr edilib : 06.03.2025 17:26