Mehriban Əliyeva Qurban bayramı münasibətilə payla...
08:15 06.06.2025
0
0
0
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “İnsan hüquqları aylığı” çərçivəsində Hüseyn Cavidin ev-muzeyində keçirilən “Sükuta məhkum edilən səslər” adlı tədbirdə iştirak edib.
"Şərq qapısı" xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, tədbirdə çıxış edən S.Əliyeva dahi yazıçı və dramaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu bildirib. O, repressiya qurbanı olmuş Hüseyn Cavidin nəşinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ata-baba yurdu Naxçıvana gətirilməsindən də danışıb.
Müvəkkil soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasının əsas hüquqlarının bərpası istiqamətində qəbul edilmiş Qayıdış Konsepsiyasının Prezident İlham Əliyevin insan hüquqlarına verdiyi dəyərin təzahürü olduğunu diqqətə çatdırıb. O, bu prosesin repressiyaya məruz qalmış Hüseyn Cavid və onun timsalında minlərlə soydaşımızın haqq səsinin müdafiəsinin bariz nümunəsi olduğunu qeyd edib.
Tədbir zamanı Ombudsmana “Hüseyn Cavidin epistolyar irsi” kitabı təqdim olunub.
Digər xəbərlər