Zaxarova: Moskva COP29-un əla təşkil olunduğunu qe...
14:03 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində Heydər Əliyev adına Hərbi Liseydə 20 Noyabr Ümumdünya Uşaq Hüququları Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Hərbi Liseyin rəisi polkovnik Elşad Həsənov pedaqoji heyətin uşaq hüquqları ilə bağlı maariflənməsinin əhəmiyyətindən, Liseydə kursantların hərətərəfli biliyə malik vətənpərvər gənclər kimi yetişmələri üçün yaradılan şəraitdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev bildirib ki, 65 il əvvəl 1959-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi Uşaq hüquqları Bəyannaməsini, 35 il əvvəl isə 1989-cu ilin həmin günündə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqların hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsildə və sosial həyatda bərabər imkanlara malik olmaları üçün müxtəlif tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli “Uşaqların mənafelərinin müdafiəsi üçün icra işlərində uşaq hüquqlarının qorunması və təbliği” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, BMT tərəfindən qəbul edilmiş Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. 19 may 1998-ci ildə “Uşaq Hüquqları Haqqında”, 22 iyun 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilib. Bundan əlavə ölkəmiz BMT-nin “Uşaq Hüquqları Haqqında” Konvensiyasına qoşulub, “Uşaq Hüquqları Haqqında” Bəyannaməni qəbul edib.
Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin direktoru psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev mövzunun əhəmiyyətinə toxunaraq kursantlarla işləyən pedaqoji heyətin psixoloji hazırlığından və uşaq hüquqları sahəsində maariflənməsindən danışıb.
60 nəfərin yararlandığı təlimin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb, broşürlər paylanılıb.
Digər xəbərlər