NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu olub

...

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci olub.
"Şərq qapısı" xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli Murat Fırata qalib gələrək qızıl medala sahib çıxıb.
Həsrət Cəfərov karyerasında ardıcıl dördüncü dəfə Avropa çempionu olub.

Nəşr edilib : 22.04.2026 21:21