NAXÇIVAN :

03 May 2026, Bazar

Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələləri müzakirə ediblər

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Nəşr edilib : 04.08.2025 14:40