Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) gözləntilər əvvəlkil COP-lardan daha çoxdur.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının COP29-la bağlı hazırladığı süjetdə qeyd olunub.
Bildirilib ki, COP29-un əsas mövzusu maliyyə məsələləri ilə bağlıdır: “Ümumiyyətlə, COP29-un üç müxtəlif ana mövzusu var: biomüxtəliflik, quraqlıq və maliyyə. Maliyyə məsələləri ilə bağlı Bakıda ciddi müzakirələr gedir”.
Həmçinin, qeyd edilib ki, bu gün gündəlikdə qida, su və kənd təsərrüfatı məsələləri var: “İqlim dəyişikliklərinə adaptasiya məsələsi də gündəmdədir. Bu adaptasiya növlərindən biri də iqlim təhsilidir. Bundan başqa, enerji sahəsində də konfransların keçirilməsi gündəmdədir. Ümumiyyətlə, bu gün 10-a yaxın simpoziumun baş tutması nəzərdə tutulub. Yəni konfranslar təkcə ikitərəfli görüşlərlə məhdudlaşmır”.
Digər xəbərlər