Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində keçirilən “GreenFest” davam edir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərovun iştirakı ilə "İqlim çağırışlarına hüququn cavabı: retrospektiv baxış" mövzusunda panel müzakirəsi aparılır.
Qeyd edək ki, tədbirin məqsədi əhalinin diqqətini ekoloji problemlərin birgə həllinə yönəltmək, muxtar respublikanın təbii resurslardan səmərəli istifadə imkanlarını və "yaşıl enerji" potensialını nümayiş etdirmək, eyni zamanda COP29 məqsədlərinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir.
Digər xəbərlər