Sozar Subari: Azərbaycanın iştirakı ilə yeni nəqli...
23:36 23.01.2026
0
0
0
NAXÇIVAN :
24 Yanvar 2026, Şənbə
19-21 noyabr tarixlərində İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə dönüblər.
"Şərq qapısı" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.
Yığmanın baş məşqçisi Rəşad Məmmədov yarışla bağlı fikirlərini bölüşüb: “Turnirə bu ilin əvvəlindən hazırlaşırdıq. Qazandığımız medalların arxasında böyük zəhmət dayanır. İdmançılar gözləniləndən daha yaxşı çıxış etdilər. Tarix yazdıq. Çünki taekvondo idman növünün yüksək olduğu Türkiyə, İtaliya, İspaniya və İngiltərə kimi ölkələri qabaqladıq”.
78 kiloqramda birinci olan Elcan Əliyev qürur hiss keçirdiyini söyləyib: “Fiziki və psixoloji olaraq yarışa tam hazır idik. Yarımfinal və final görüşləri çətin keçdi. Lakin sonda uğurlu nəticə qazandım”.
Komandamız mötəbər yarışda ümumilikdə 5 medal (2 qızıl, 1 gümüş, 2 bürünc) əldə edib.
Millinin üzvləri - İlyas Hətəmli (48 kiloqram) və Elcan Əliyev (78 kiloqram) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Vasif Səlimov (68 kiloqram) gümüş, Mehdi Budaqlı (45 kiloqram) və Novruz Əliyev (51 kiloqram) isə bürünc medallara sahib çıxıblar.
Azərbaycanın oğlanlardan ibarət milli komandası ümumi hesabda birinci yerə çıxaraq, kuboka layiq görülüb.
Çempion adını qazanmış milli komandanın üzvü İlyas Hətəmli “Yarışın ən yaxşı idmançısı”, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə “Ən yaxşı qadın hakimi” seçilib.
Digər xəbərlər