NAXÇIVAN :

08 Iyun 2025, Bazar

Futzal turnirində növbəti mərhələyə yüksələn komandalar bəlli olub

...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futzal turnirində qrup mərhələsi başa çatıb. Muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunan turnirdə hər qrupdan iki komanda 1/4 yüksəlməyə nail olub.
A qrupunda Mədəniyyət Nazirliyi, B qrupunda Təhsil Nazirliyi, C qrupunda Ədliyyə Nazirliyi, D qrupunda isə Dövlət Vergi Xidməti birinci yerin sahibləri kimi, Səhiyyə, Fövqəladə Hallar, İqtisadiyyat nazirlikləri və Dövlət Energetika Xidməti isə qrup ikinciləri qismində pley-offa adlayıblar.
14 iyun 2025-ci il tarixdə baş tutacaq 1/4 final oyunlarında aşağıdakı komandalar qarşılaşacaq:
Saat 10:00: Mədəniyyət Nazirliyi - Dövlət Energetika Xidməti;
Saat 11:00:  Ədliyyə Nazirliyi - Səhiyyə Nazirliyi;
Saat 12:00: Təhsil Nazirliyi - İqtisadiyyat Nazirliyi;
Saat 13:00: Dövlət Vergi Xidməti - Fövqəladə Hallar Nazirliyi.

Nəşr edilib : 07.06.2025 19:31