NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

...

İyunun 5-7-də Mərakeş Krallığının Kasablanka şəhərində III Dünya Korporativ Oyunları keçirilib.
Voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin (FHN) kişilərdən ibarət voleybol komandası 6 oyun keçirərək finala vəsiqə qazanıb.
Bu barədə FHN-dən bildirilib. Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “ROSTEK” komandasına 2:0 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib. 3x3 basketbol yarışlarında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası 5 oyun keçirərək finalda Mərakeşin "FOUNDEVER 1" komandasına 11:4 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, gizir Əli Bayramov stolüstü tennis üzrə yarışda 6 oyun keçirərək bürünc medal əldə etməyi bacarıb.
Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.
Yarışlarda 180 komandadan 1500-ə yaxın idmançı müxtəlif idman növləri üzrə öz qüvvələrini sınayıblar.

Nəşr edilib : 07.06.2026 22:04