NAXÇIVAN :

26 Iyul 2026, Bazar

FHN Formula 1 üçün 400 nəfərlik heyət və texnika ayıracaq

...

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ixtisaslaşmış yanğınsöndürmə və xilasedici marşallar üçün təlimlər keçirilir. Təlimin nəzəri hissəsində yanğınsöndürmə, yanğın təhlükəsizliyi qaydaları, eləcə də xilasetmə işlərinin təşkilinə dair marşallara xüsusi təqdimatlar edilir. Praktiki hissədə isə baş vermiş yanğınların söndürülməsi və şərti olaraq pilotun xilas olunması məqsədilə imitasiyalar icra olunur.
"Şərq qapısı" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi polkovnik-leytenant Elvin Ağayev deyib.
E.Ağayev bildirib ki, tədbir zamanı FHN-in 30-dan çox xüsusi texnikası, eləcə də 400 nəfərə yaxın şəxsi heyətinin cəlb olunması nəzərdə tutulub. Təlimlərdə isə 186 nəfər marşal iştirak edir ki, onlardan 60 nəfəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır. Bu gün keçirilən təlim isə sayca üçüncüdür.

Nəşr edilib : 25.07.2026 14:01