NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

...

Xəzər regionunda sabitlik və əməkdaşlıq baxımından mühüm dinamika müşahidə olunur. İkinci Qarabağ müharibəsindən sonra regionun geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan-Ermənistan sülh prosesi, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin inkişafı və vətəndaş cəmiyyətləri arasında münasibətlərin genişləndirilməsi bu prosesin əsas istiqamətlərini təşkil edir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri CAMCA Regional Forumu çərçivəsində keçirilən "CAMCA 2030-a doğru: Regiona təsir edən qlobal dəyişikliklər" mövzusunda panel sessiyada Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması üçün Azərbaycan, Ermənistan və Gürcüstan arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.

“Digər mühüm istiqamət Orta Dəhliz və onun genişlənən nəqliyyat imkanlarıdır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yanaşı, TRIPP və Çin-Qırğızıstan-Özbəkistan dəhlizi kimi yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır. Enerji sahəsində isə ənənəvi neft və qazla yanaşı, alternativ enerjinin inkişafı diqqət mərkəzindədir”, - deyə Fərid Şəfiyev vurğulayıb.

Nəşr edilib : 01.10.2026 11:57