NAXÇIVAN :

10 Avqust 2026, Bazar ertəsi

Faktiki hava: Bəzi rayonlara leysan yağır

...

Milli Hidrometeorologiya Xidmətinin avqustun 10-u saat 11:00-a olan məlumatına əsasən, avqustun 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır.

Xidmətdən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Gədəbəydə 17, Daşkəsəndə 14, Ağstafa, Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, Şəkidə 2, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ, Naftalanda 1 millimetrdir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfa və Mingəçevirdə 21, Naftalanda 18, Şabranda 17, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Sədərəkdə 15 metr/saniyəyə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran r

Nəşr edilib : 10.08.2026 12:03