NAXÇIVAN :

10 Mart 2025, Bazar ertəsi

Ermənistan Xankəndidə vəfat edən erməniəsilli qadının meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir

...

Ermənistan Xankəndidə vəfat edən erməniəsilli qadının meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

"1954-cü il təvəllüdlü, erməniəsilli Ağasyan Vera Varaşakovnanın 20.10.2024-cü ildə, Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələnin Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir", - deyə Ş.Həsənov qeyd edib.

Nəşr edilib : 10.03.2025 11:25