NAXÇIVAN :

02 May 2026, Şənbə

Ermənistan müdafiə naziri Bakı ilə silahlanma yarışına girmək niyyətində olmadıqlarını bildirib

...

Ermənistan heç kəslə, o cümlədən Azərbaycanla silahlanma yarışına girməyi planlaşdırmır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, bu o demək deyil ki, Ermənistan silah alışı və modernizasiyanı dayandırır.

O qeyd edib ki, planlar mövcuddur, hər hansı bir ziddiyyət yoxdur və ehtiyat planlar müzakirə olunmalı deyil, hər şey proqnozlaşdırıldığı kimi davam edir.

Nəşr edilib : 13.01.2026 14:20