NAXÇIVAN :

24 Fevral 2025, Bazar ertəsi

Əmrah Nağıyev Trabzonda keçirilən ənənəvi marafona qatılıb

...

Türkiyədə 45-ci Beynəlxalq Trabzon Yarımmarafonu soyuq hava şəratinə baxmayaraq uğurla gerçəkləşib. 21 ölkədən idmançıların, o cümlədən həvəskarların qatıldığı kütləvi idman tədbirində 21 km yarımmarafon, 10 km məsafəyə qaçış, o cümlədən xalq və uşaq qaçışı reallaşıb.  

Naxçıvan atleti Əmrah Nağıyev ölkəmizi marafonun 10 kilometrlik (10K) məsafəsində təmsil edib. İdmançımız 410 nəfərin mübarizə apardığı bu yarışda 37 dəqiqəlik göstərici ilə kişi atletlər arasında 14-cü olub.  Bununla atlet ötənilki nəticəsini 3 dəqiqə 40 saniyəlik fərqlə yaxşılaşdırıb. 

Məlumat üçün bildirək ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalib və mükafatçısı olan Əmrah Nağıyev marafonların daimi iştirakçısıdır. Atlet Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda keçirilən beynəlxalq marafonlara davamlı şəkildə qatılmaqla təcrübəsini artırır.

Nəşr edilib : 24.02.2025 14:27