Türkiyə XİN: Kipr məsələsinin ədalətli həlli yalnı...
23:33 31.01.2025
0
0
0
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 31-də Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan Respublikası Prezidentinin ötən il Pakistana baş tutmuş səfəri nəticəsində dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bildirilib.
Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
Digər xəbərlər