NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

...

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.

G.Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcək Azərbaycan–Gürcüstan Gənclər Forumunun əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında humanitar əlaqələrə toxunularaq, gənclər və təhsil sahələrində əməkdaşlığın nəticələrindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Nəşr edilib : 25.07.2025 17:41