Первая леди Азербайджана Мехрибан Алиева приняла у...
18:15 12.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə "Ekoloji təhsil” layihəsi 2024-2025-ci illər üçün həyata keçirilir.
Məktəblilərin ətraf mühitin qorunmasına dair bilik və bacarıqlarının artırılması, təbiətə olan məsuliyyət hissinin gücləndirilməsi məqsədilə həyata keçirilən “Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti tədbir 12 fevral 2025-ci il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdləri üçün təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elsanə Qurbanlı çıxış edərək “Ekoloji təhsil”in ekoloji problemlərin həlli istiqamətində məktəblilər üçün xüsusi əhəmiyyətindən danışıb.
Qeyd edib ki, bu layihə ilə şagirdlərə nəzəri biliklərin öyrədilməsi ilə yanaşı, onları praktik fəaliyyətlərə cəlb edərək tullantıların düzgün idarə edilməsi, enerjiyə qənaət kimi ekoloji vərdişlər aşılayırıq.
Sonda tullantıların düzgün idarə edilməsi, suya qənaət və enerji səmərəliliyi haqqında məlumatlar verilib, məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə onlara maarifləndirici videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, layihə müddətində Naxçıvan Muxtar Respublikasının ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsilalanların təbiətlə birbaşa təmasda olmaları üçün onların iştirak edəcəyi ekoloji yürüşlər, düşərgələr, ağacəkmə və təmizlik aksiyaları təşkil ediləcəkdir.
Digər xəbərlər