XİN: Ermənistan tərəfindən tarixi kütləvi şəkildə ...
22:24 15.01.2025
0
0
0
NAXÇIVAN :
16 Yanvar 2025, Cümə axşamı
“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti tədbir Sədərək kənd 2 nömrəli tam orta məktəbdə təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə 2024-2025-ci illər üçün “Ekoloji təhsil” layihəsi həyata keçirilir.
“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti tədbir Sədərək rayonunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər üçün təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elsanə Qurbanlı çıxış edərək “Ekoloji təhsil”in ekoloji problemlərin həlli istiqamətində məktəblilər üçün xüsusi əhəmiyyətindən danışıb.
Qeyd edib ki, bu layihə ilə şagirdlərə təbiəti sevməyi, eyni zamanda ətraf mühitə qayğı ilə yanaşmağı aşılayırıq.
Şagirdlərlə qarşılıqlı müzakirə şəklində davam edən təlimdə ətraf mühitin qorunması, tullantıların düzgün idarə olunması, suya qənaət və enerji səmərəliliyi haqqında məlumatlar verilib, məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə onlara videoçarx nümayiş etdirilib.
Daha sonra məktəblilər ətraf mühitin qorunması ilə əlaqəli müxtəlif səhnəciklər göstərib, mahnılar səsləndiriblər.
Qeyd edək ki, layihə müddətində Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində müxtəlif yaş qrupları üzrə yeni metodlarla seminarlar, təlimlər, müsabiqələr təşkil olunacaq.
Digər xəbərlər