Ordabayev: Təyyarənin qəzaya uğradığı yerdə daha b...
19:46 26.12.2024
0
0
0
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında müvafiq Sərəncamına uyğun olaraq və cari ilin noyabr ayında keçiriləcək COP29 tədbirləri çərçivəsində oktyabrın 26-da Ordubad rayonunda növbəti yaşıllıq aksiyası keçirilib.
Oktyabrın 18-dən başlayan və ardıcıl olaraq davam etdirilən ağacəkmə aksiyası növbəti günündə də uğurla icra olunub. Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən ekoloji tədbirlərin davamı olaraq Naxçıvan-Ordubad magistral yolunun hər iki tərəfində, eləcə də rayonunun Dəstə, Aza, Düylün və Əylis kəndlərində salınan yaşıllıq zolaqlarında meyvə tingləri və dekorativ ağaclar əkilib. Aksiya zamanı, həmçinin rayon ərazisində salınan bağlarda abadlıq işləri görülüb, alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib.
Ekoloji tarazlığın bərpası və insan sağlamlığının qorunması məqsədilə həyata keçirilən tədbirlər zamanı bağ və parkların ərazisi suvarılıb, tullantılar sahədən təmizlənib. Yaşıllaşdırma və bərpa işlərində rayon idarə, müəssisə və təşkilatların, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıqla iştirak ediblər. Qeyd edək ki, rayonda yaşıl mühitin qorunması və gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.
Digər xəbərlər