Naxçıvanda cəza çəkən iki nəfər məhkum əfv olunub...
15:19 23.09.2026
0
0
0
Ədliyyə Nazirliyinin Penitensiar xidməti Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrasına başlayıb.
"Şərq qapısı" xəbər verir ki, Sərəncamın icrası Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, habelə media nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxsin və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 1 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi nəzərdə tutulub.
Digər xəbərlər