Qürurlu, bütöv, bölünməz və qalib Azərbaycan...
08:59 18.10.2026
0
0
1
Azərbaycanın daha iki güləşçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında medal qazanıb.
"Şərq qapısı" xəbər verir ki, sərbəst güləşçilər Anar Cəfərli (92 kiloqram) və Xetaq Karsanov (125 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Bürünc medal uğrunda görüşlərdə Cəfərli italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0), Karsanov isə rusiyalı Andrey Bestayevə 8:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bununla da Azərbaycan güləşçilərinin mundialda qazandıqları ümumi medal sayı 5-ə çatıb. Daha əvvəl yunan-Roma güləşçiləri Elmir Əliyev (60 kiloqram) gümüş, Ruslan Nurullayev (77 kiloqram) bürünc, qadın güləşçi Günay Qurbanova (59 kiloqram) isə gümüş mükafat qazanıb.
Digər xəbərlər