Prezident: Ümid edirəm ki, Avropa Parlamentinin üz...
16:38 20.01.2026
0
0
0
İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərdə qadınların ekoloji fəallığının artırılması məqsədilə müsabiqənin təşkil olunmasını və ilk belə tədbirin Özbəkistanda keçirilməsini təklif edirəm.
"Şərq qapısı" xəbər verir ki, bunu Özbəkistanın Baş nazirinin müavini, Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamova ECO-nun Qadınlar Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, qadınların təhsil, elm, iqtisadi sahələrdə inkişafı regional dayanıqlılığa imkan verəcək.
"ECO Həftəsi çərçivəsində keçirilən ilk Qadınlar Forumunun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Forum rəhbər qadınlar arasında dialoqun qurulması üçüm mühüm platformaya çevriləcək", - deyə Özbəkistanın Baş nazirinin müavini bildirib.
Digər xəbərlər