NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Əcnəbi vətəndaşın müraciəti yerində araşdırılıb

...

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) "916" Çağrı Mərkəzinə daxil olmuş müraciət əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Müvəqqəti Yerləşdirmə Mərkəzinə plandankənar başçəkmə həyata keçirilib.

"Şərq qapısı" xəbər verir ki, başçəkmə zamanı barəsində müraciət daxil olmuş əcnəbi vətəndaşın saxlanılmasına dair sənədləşmə araşdırılıb.

Daha sonra Miqrasiya Nəzarəti Baş İdarəsində saxlanılan həmin şəxslə konfidensial görüş keçirilib. Görüş zamanı əcnəbi vətəndaşın müraciəti dinlənilib, qaldırdığı məsələlər yerində araşdırılıb, ona hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Başçəkmə çərçivəsində əcnəbi vətəndaşın müraciəti yerində təmin olunub. O, müraciətinə operativ reaksiya göstərildiyinə görə təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ölkə ərazisində olan hər bir şəxsin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsini qanunvericiliklə müəyyən edilmiş mandat çərçivəsində həyata keçirir.

Nəşr edilib : 27.07.2026 17:45