BMT-nin Baş katibi: Əminəm ki, COP29-da razılaşmay...
16:08 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
İqlim dəyişikliyi yaşadığımız dünya və bəşəriyyətimiz üçün ciddi bir təhdiddir. Bu təhdidə qarşı mübarizə üçün beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Çünki iqlim dəyişikliyi milli sərhədlərlə məhdudlaşmır və dünyamızı narahat edən əsas qlobal problemdir. Həmçinin Azərbaycan da başqa dövlətlər kimi bundan çox narahatdır. Hər hansı bir yerdə baş verən ekstremal hava hadisələri və ciddi iqlim problemləri digər yerlərə də təsirsiz ötüşmür. Bu baxımdan iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün bütün ölkələrin həmrəy olması və həlli üçün üzərlərinə öhdəliklər götürmələri vacib məsələdir. İqlim dəyişikliklərinin qarşısının alınması və həlli üçün dünya bu günlərdə Bakıda toplaşıbdır.
Noyabr ayının 11-dən Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb. Sammitin işində 80-dən artıq dövlət və hökumət başçısı, çox sayda beynəlxalq təşkilatların, maliyyə və digər qurumların təmsilçiləri iştirak edir. Azərbaycanın belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi çox mühüm hadisədir. Azərbaycanın dünyanın ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin növbəti böyük qələbəsidir. Bu, xarici siyasətimizin ən böyük uğurlarından biridir. Qlobal istiləşməni nəzarətdə, eyni zamanda temperatur artımını 1,5°C-dən aşağı saxlamaqla emissiyaların azaldılması istiqamətində fəaliyyət göstərmək və bu çərçivədə bütün tərəfləri bir araya gətirmək əsas hədəflərdəndir.
Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək üçün tədbirlər görür və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün mühüm imkanlar yaradır. Həmçinin ölkənin şirin su ehtiyatlarının, təxminən, 25 faizi “yaşıl enerji zonaları” kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident cənab İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisində bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1,5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.
Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru, həmçinin Naxçıvanı da “yaşıl enerji zonası” elan etməsi bu hədəfə çatmağın ən mühüm istiqamətlərindəndir. Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizədə hərtərəfli tədbirlər görməklə dünya ölkələri üçün nümunəvi addımlar atır. COP29-un Azərbaycanda keçirilməsi və dünyanın Bakıda toplaşması bəşəriyyəti çətin vəziyyətə salan iqlim dəyişikliklərinin, ekoloji və təbii fəlakətlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.
Mövlan MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər