NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Dünya şöhrətli çellist Hauser Azərbaycan musiqisini səsləndirdi

...

Dünyaca məşhur xorvat çellisti Hauser yenidən Azərbaycan musiqisinə özünəməxsus ehtiramını nümayiş etdirib. "Şərq qapısı" xəbər verir ki, musiqiçi bu dəfə unudulmaz Azərbaycan xalq mahnısı olan "Sən gəlməz oldun" əsərini ifa edərək sosial şəbəkələrdə paylaşım edib.
Zərif çello sədaları ilə ifa olunan bu duyğulu mahnı qısa zamanda  izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Hauserin ifası Azərbaycan musiqisinin ruhunu və dərinliyini bir daha dünyaya tanıdıb.Qeyd edək ki, onun bu addımı həm musiqi, həm də mədəniyyət baxımından ölkəmiz üçün əhəmiyyətli bir tanıtım rolunu oynayır.

Nəşr edilib : 31.07.2025 00:47