Naxçıvanda bıçaqlanma hadisəsi baş verib
22:24 26.09.2026
0
0
0
NAXÇIVAN :
26 Sentyabr 2026, Şənbə
Bakıda 10-cu dəfə keçirilən Formula 1 Azərbaycan Qran-Prisi dünya mediasının diqqət mərkəzində olub.
"Şərq qapısı" xəbər verir ki, xarici mətbuat yarışın dramatik sonluğunu, “Mercedes” pilotu Corc Rassellin qələbəsini, çempionatdakı mübarizəyə təsir edən digər nəticələri geniş işıqlandırıb.
Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşri Bakıdakı yarışın dramatik finişlə başa çatdığını vurğulayıb. Nəşr yazıb ki, Corc Rassell Azərbaycan Qran-Prisində qələbə qazanmaq üçün ciddi mübarizə aparmalı olub. Britaniyalı pilot yarışın sonuna qədər “Red Bull” sürücüləri Maks Ferstappen və İsak Hacarın təzyiqinə tab gətirib.
“The Guardian”, həmçinin son dünya çempionu Lando Norrisin qəza səbəbindən yarışı başa vura bilmədiyini qeyd edib.
ABŞ-nin “The New York Times” qəzeti Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunun nəticələrinə diqqət ayırıb. Corc Rassellin sıralama turunda inamlı çıxışı vurğulanıb. Britaniyalı sürücü həlledici cəhddə rəqiblərini 0,837 saniyə qabaqlayıb.
Nəşr, həmçinin Rassellin komanda yoldaşı və çempionatın lideri Kimi Antonellinin ilk “onluğ”a düşə bilmədiyini qeyd edib. İtaliyalı pilot sıralama turunun ilk hissəsində baryerə çırpılaraq mübarizəni vaxtından əvvəl dayandırıb və əsas yarışa 16-cı pillədən start verib.
BBC-nin yarışla bağlı materialında “Corc Rassell Azərbaycan Qran-Prisini qazanır” başlığı diqqət çəkib. Qeyd olunub ki, Maks Ferstappen səkkizinci pillədən başladığı yarışda ikinci, üçyarışlıq fasilədən sonra mübarizəyə qayıdan İsak Hacar isə üçüncü olub.
BBC, həmçinin Lando Norris və Aleks Albonun qəza səbəbindən mübarizəni erkən dayandırdığını yazıb. Çempionatın lideri Kimi Antonellinin 16-cı yerdən start götürərək yarışı beşinci pillədə başa vurması da xüsusi vurğulanıb.
ABŞ-nin ABC telekanalı isə Bakıdakı yarışı “nəfəs kəsən qələbə” kimi xarakterizə edib. Bildirilib ki, Corc Rassell Maks Ferstappeni cəmi 0,1 saniyə qabaqlayaraq mövsümdə üçüncü qələbəsini qazanıb.
Qeyd edilib ki, Rassell karyerasında ilk dəfə yarışın startından finişədək liderliyini qoruyub. Nəşr britaniyalı pilotun komanda yoldaşı Kimi Antonelli ilə çempionatdakı xal fərqini də azaltdığını diqqətə çatdırıb.
Yarışın son dövrəsində baş verənlər də ABC-nin diqqətindən yayınmayıb. Valtteri Bottasın trekdəki qəzası səbəbindən sarı bayraqların dalğalanması Rassellin bolidində güc itkisinə səbəb olub və bu, Ferstappenə son anlarda rəqibinə yaxınlaşmaq imkanı yaradıb. Lakin niderlandlı pilot vaxtın kifayət etməməsi səbəbindən Rasselli keçə bilməyib və ikinci yerlə kifayətlənib.
ESPN də Corc Rassellin qələbəsinin dünya çempionatındakı mübarizəyə təsirini ön plana çıxarıb. Nəşr bildirib ki, “Mercedes” pilotu Azərbaycan Qran-Prisində qələbə qazanaraq komanda yoldaşı Kimi Antonelli ilə xal fərqini azaldıb. Rassellin poul mövqeyini qələbəyə çevirdiyi və son dövrələrdə “Red Bull” pilotu Maks Ferstappenin onu keçməsinə imkan vermədiyi qeyd olunub.
“RacingNews365” də Bakıdakı finişi dramatik adlandırıb. Nəşr Rassellin Ferstappeni cəmi 0,1 saniyə qabaqladığını və bu nəticənin mövsümün son mərhələləri ərəfəsində çempionluq mübarizəsinə əlavə gərginlik gətirdiyini yazıb.
“Total-Motorsport” Bakı Şəhər Halqasının növbəti dəfə gözlənilməz məqamlarla yadda qaldığını bildirib. Nəşr Rassellin soyuqqanlı sürüşünü və Ferstappenin sona qədər davam edən ötmə cəhdlərini xüsusi qeyd edib.
“Sky Sports F1” Bakı Şəhər Halqasını yüksək sürət və riskin bir araya gəldiyi tras kimi xarakterizə edib. Kimi Antonellinin 16-cı pillədən başlayaraq beşinci yerə yüksəlməsi və Lando Norrisin yarışı başa vura bilməməsi də diqqət çəkən məqamlar sırasında göstərilib.
Türkiyə mediası da Azərbaycan Qran-Prisinə geniş yer ayırıb. “NTV Spor” Bakıdakı yarışın mövsümün ən gərgin mübarizələrindən birinə səhnə olduğunu yazıb. Nəşr poul mövqeyindən start götürən Corc Rassellin yarışboyu üstünlüyünü qoruduğunu və Maks Ferstappenin təzyiqinə baxmayaraq cüzi zaman fərqi ilə qələbə qazandığını vurğulayıb.
“TRT Spor” isə Bakıda taktiki qərarların və Təhlükəsizlik Avtomobili rejimlərinin yarışın gedişinə ciddi təsir göstərdiyini bildirib. Nəşr Rassellin mövsümdə üçüncü qələbəsini qazandığını, Ferstappenin isə son dövrədə cəhdlərinə baxmayaraq ikinci yerlə kifayətləndiyini qeyd edib.
Kanadanın “Sportsnet” portalı isə Bakıdakı qələbənin “Mercedes” və Corc Rassell üçün əhəmiyyətini vurğulayıb. Nəşr Rassellin uzun fasilədən sonra qələbə qazandığını və bu nəticənin komanda yoldaşı Kimi Antonelli ilə xal fərqinə təsir etdiyini bildirib.
Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan Qran-Prisinin qalibi Corc Rassell olub. “Red Bull”dan Maks Ferstappen finişə ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü çatıb.
Digər xəbərlər