27 sentyabrdan Böyük Qayıdışa
19:00 26.09.2026
0
0
0
I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026 çərçivəsində Azərbaycanın və qardaş Türkiyənin tanınmış səhiyyə təşkilatçıları, həkimlər, universitet xəstəxanalarının baş həkimləri və akademik heyətin iştirakı ilə müasir dövrdə tibbi kadr hazırlığının prioritetləri, xəstəxanaların fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib, fikir mübadiləsi aparılıb.
“Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev görüşdə beynəlxalq elmi-praktik platformanın əhəmiyyəti, müasir tibb sahəsində yeni yanaşmalar, elmi əməkdaşlığın genişləndirilməsi və Naxçıvan Dövlət Universitetində tibb təhsilinin inkişaf perspektivlərindən danışıb.
Fikir mübadiləsi zamanı gənc mütəxəssislərin və tələbələrin erkən mərhələdən elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının vacibliyi vurğulanıb. Xəstəxanalarda tədqiqatyönümlü strukturun formalaşdırılması, beynəlxalq təcrübədən yararlanılması, keyfiyyətli statistik məlumatların toplanması və qabaqcıl xarici klinikalarla əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026 Naxçıvan Dövlət Universiteti, Ankara Universiteti (Türkiyə), Avrasiya Qastroenteroloji Cərrahlar Cəmiyyəti (Türkiyə) və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Beynəlxalq elmi-praktik platformaya Ankara və Hacettepe universitetləri, Azərbaycan Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, eləcə də bir sıra ixtisaslaşmış tibbi cəmiyyət və təşkilatlar təşkilati dəstək göstərir.
Digər xəbərlər