NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Dünya çempionu olan güləş üzrə Azərbaycan millisi Vətənə dönüb

...

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında birinci yeri tutan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Vətənə dönüb.

"Şərq qapısı" xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (63 kiloqram) və Ülvü Qənizadə (72 kiloqram) turniri qızıl medalla başa vurublar.

Nəşr edilib : 30.10.2024 21:08