NAXÇIVAN :

02 May 2026, Şənbə

DSX-nin hərbi qulluqçusu 5-ci dəfə dünya çempionu olub

...

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu baş gizir Orxan Heydərli Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatında uğurla çıxış edib.

DSX-dən  bildirilib ki, idmançı kişilər arasında +84 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu adına layiq görülüb.

O, final mərhələsində də üstünlüyünü qoruyaraq qələbəni təmin edib.

Nəşr edilib : 27.04.2026 11:19