Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarl...
14:26 13.05.2026
0
0
0
“Pensions & Investments” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Pensiyaya gec çıxmanın işəgötürənlər üçün yaratdığı maliyyə yükü: İşçi qüvvəsi xərcləri və sabit sosial sığorta haqqına (SSSH) əsaslanan pensiya həlləri” mövzusunda beynəlxalq vebinar keçirilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirlib ki, DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda pensiya yaşına çatma vaxtı ilə maliyyə hazırlığı arasındakı uyğunsuzluq səbəbindən pensiyaya çıxmanın gecikdirilməsi hallarının artması və bunun işəgötürənlərə yaratdığı maliyyə təsirləri, pensiyaya gec çıxmanın karyera inkişafına, kadr ehtiyatının planlaşdırılmasına və işçi qüvvəsinin yenilənməsinə təsiri müzakirə edilib.
Eləcə də pensiyaya gec çıxmanın ofis və istehsalat işçi qüvvəsinə təsirlərinin müqayisəli təhlili aparılıb, SSSH-yə əsaslanan pensiya planlarında avtomatik qoşulma, avtomatik artırma və yenidən qoşulma mexanizmlərinin tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər