NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır

...

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

"Şərq qapısı"nın məlumatına görə, DİM-dən bildirilib ki, imtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

BB vəzifə qruplarına uyğun imtahan saat 11:00-da, AB, AC və BA vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanacaq.

İmtahana qeydiyyat fevralın 5-dən 25-dək aparılacaq.

İmtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları haqqında məlumat DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Nəşr edilib : 05.02.2025 15:16