NAXÇIVAN :

18 Yanvar 2025, Şənbə

Dövlət İmtahan Mərkəzi sığortaçı seçib

...

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşları və onların ailə üzvləri daxil olmaqla 800 nəfərin könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Şərq qapısı" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.

Qalib şirkətə 220 000 manat ödəniləcək.

Xatırladaq ki, DİM ötən il də əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı "Meqa Sığorta"nı seçib. Bu məqsədlə sığorta şirkətinə 182 240 manat ödənilib.

Nəşr edilib : 10.01.2025 10:32