ADF 2026: Azərbaycanın qlobal siyasətdə artan rolu...
13:55 18.04.2026
0
0
1
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyaların azalmasının səbəbi açıqlanıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev məlumat verib.
Nazir deyib ki, növbəti il Naxçıvanın Muxtar Respublikanın gəlirləri 52 milyon manat və ya 24% artır, xərclər isə 22 milyon manat azalır: “Nəticədə Naxçıvana dotasiya məbləği 74 milyon manat azalıb. Bu da Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatların bariz nəticəsidir”
Digər xəbərlər