Naxçıvanda narkotikin təsiri altında avtomobil ida...
12:46 21.04.2025
0
0
1
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bir çox məsələlərlə bağlı mühüm mesajlar verdi. Ölkəmizə qarşı aparılan çirkin kampaniyalar, xalq iqtidar birliyinin gözü götürməyənlər də var”. Bunu “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva bildirib. Dövlət başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə başçısının natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı lider olduğunu, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir.
Sözügedən müsahibə Prezident İlham Əliyevin güclü, öz xalqını dərindən sevən, bütün qüvvə və bacarığını Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütöv bir millətin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir. Ona görə də xalqımızın cənab İlham Əliyevə etimadı daimidir. Prezident İlham Əliyev həmişə xalqa ədaləti bərpa edəcəyini söyləyib və bunu reallaşdırıb, xalqa verdiyi bütün vədləri yerinə yetirib, ən əsası suverenliyimizi, ərazi bütövlüyünü bərpa edib, bizə tarixi qələbəni bəxş edib. Dövlət başçısı İlham Əliyevin müsahibə zamanı söylədiyi “Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız” fikirləri dünya liderləri üçün siyasət və həyat dərsi oldu.
Digər xəbərlər