NAXÇIVAN :

13 Aprel 2025, Bazar

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

...

Ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi təşkil olunub. 
STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini seçən 5 namizəd iştirak edib.
Müsahibə mərhələsində   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində  təşkil olunmuş komissiya üzvləri və  müstəqil ekspert qismində Naxçıvan Dövlət Universitetinin, həmçinin  onlayn qaydada Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları tərəfindən  namizədlərin vəzifə üzrə bilikləri, idarəetmə bacarıqları, şəxsi keyfiyyətləri 5 ballıq şkala ilə qiymətləndirilib.
 Məlumat üçün bildirək ki, hər meyar üzrə 3 bal toplamış namizəd bu mərhələni keçmiş sayılıb.  
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək. 
Qeyd edək ki, müsabiqənin test və esse mərhələsi ölkə üzrə mərkəzləşmiş qaydada Elm və Təhsil Nazirliyinin, həmçinin  Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilib.

Nəşr edilib : 07.02.2025 12:42