Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəq...
21:19 25.04.2025
0
0
0
NAXÇIVAN :
25 Aprel 2025, Cümə
Aprelin 25-də Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması, cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, polis-media əlaqələrinin təşkili sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə bu ilin I rübündə də məqsədyönlü şəkildə davam etdirilib.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 7 min 829 cinayətin 87 faizi açılıb. Cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz və ya 1.101 fakt azalma qeydə alınıb.
Ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı azalıb.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb. Qanunsuz saxlanılan 2 min 309 odlu silah aşkarlanıb.
Vətəndaş məmnunluğunun təmin edilməsi, o cümlədən müraciətlərə baxılması üzrə fəaliyyətin nəticələrinin müsbət olduğu, cinayət yolu ilə şəxslərə vurulmuş maddi ziyanın 96 faizinin istintaq prosesində ödənildiyi nəzərə çatdırılıb.
Daha sonra gündəlikdəki məsələlərlə bağlı nazirliyin Baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib.
Kollegiya iclasına yekun vuran nazir qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsini tələb edib.
Bütün ərazi polis orqanlarının rəislərindən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasının zəruriliyi və müvafiq sahədə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığı nəzərə çatdırılıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında polis orqanlarının istintaq və təhqiqat qurumlarının mühüm rolu, bu sahədə işin düzgün təşkilinin cinayətlərin açılmasında və araşdırılmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödətdirilməsində əhəmiyyəti qeyd edilib. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğu vurğulanıb və aidiyyəti üzrə konkret tapşırıqlar verilib.
Ərizə və şikayətlərə baxılması, eləcə də qanunçuluğun qorunması vəzifələrinin icrası kimi vacib məsələlərə toxunaraq bu istiqamətlərdə görülən işlərin xüsusi nəzarətdə saxlanıldığı, müraciətlərin obyektiv və həssaslıqla araşdırıldığı, qaynar xətlərə daxil olmuş və sosial şəbəkələrdə yayımlanmış məlumatlara çevik reaksiya verildiyi, bütövlükdə əldə edilmiş nəticələrin müsbət olduğu bildirilib.
Nazir dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “e-polis” mobil tətbiqinin, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən daha 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını diqqətə çatdırıb. O, cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini diqqətə çatdıraraq bu sahədə təbliğat işinin səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə mane olan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, insanların həyat və sağlamlığının yol-nəqliyyat qəzalarından qorunması işinin effektivliyinin artırılmasını tələb edib, habelə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qarşıda duran vəzifələri müəyyən edib.
Kollegiyanın yekununda polis-media əlaqələrinin vəziyyətinə toxunularaq Daxili İşlər Nazirliyinin mediaya ən açıq qurumlardan biri olduğunu qeyd edilib, mətbuat xidmətinin fəaliyyətinin daha səmərəli təşkili, informasiya məkanında rolunun artırılması, görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə operativ çatdırılması üçün tapşırıq və tövsiyələrini verilib.
Digər xəbərlər