NAXÇIVAN :

02 Oktyabr 2026, Cümə

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

...

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, imtahanda 137 nəfər iştirak edib. Nəticələrə əsasən, 21 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Onlardan 4-ü həqiqi hərbi xidmətə, 17-si isə mülki işə qəbul üzrə imtahanda uğur əldə edib.
Namizədlər imtahanı başa çatdırdıqda və ya ayrılmış vaxt tamam olduqda nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri DİM-in internet saytında da yerləşdiriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 5-i, 6-sı və 7-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

Nəşr edilib : 02.10.2026 18:56