NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

“Dərnəgül” elektrik deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

...

Bakı metropoliteninin “Dərnəgül” elektrik deposunda tikintinin ikinci mərhələsi çərçivəsində 12 vaqon istismara verilib, deponun tam fəaliyyətə başlaması isə 2027-ci ilin sonu 2028-ci ilin əvvəlinə planlaşdırılır.

"Şərq qapısı" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, hazırda istismara verilmiş 12 vaqon var.

“Dərnəgül” elektrik deposunun tam istismara verilməsi Bakı metrosunun Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin əsas elementlərindən biridir. Hazırda hər iki xəttin qatarlarına “Nərimanov” elektrik deposu xidmət göstərir, Qırmızı və Yaşıl xətlər isə metronun “28 May” stansiyası və “Həzi Aslanov” istiqamətində ortaq infrastrukturdan istifadə edir. Xətlərin ayrılması başa çatdıqdan sonra Yaşıl xətt üzrə qatarların “Dərnəgül-Xətai” istiqamətində müstəqil hərəkəti nəzərdə tutulur. Layihənin məqsədi qatarların hərəkət intervalını azaltmaq, sərnişin axınını daha səmərəli idarə etmək və mövcud şəbəkənin buraxılış qabiliyyətini artırmaqdır”, - deyə Namiq Yusubov vurğulayıb.

Nəşr edilib : 13.08.2026 11:34